Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin bir qrup əməkdaşı Gürcüstanın Ədliyyə Nazirliyinə məxsus Kibertəhlükəsizlik Mərkəzində olub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Mərkəzin direktoru Faiq Fərmanovun rəhbərlik etdiyi nümayəndə heyətinin "DataExchange" agentliyində keçirdiyi görüş çərçivəsində bölgədə kibertəhlükəsizlik səviyyəsinin artırılması sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.
Bundan əlavə, nümayəndə heyəti Gürcüstanın kibertəhlükəsizliyə dair qanunvericilik və normativ-hüquqi aktları ilə tanış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB