Lənkəranda fiberoptik xəttin çəkilişinə başlanılıb

Lənkəranda fiberoptik xəttin çəkilişinə başlanılıb

Lənkəran rayonunda son 2-3 ildə internetdən istifadə edənlərin sayı 7-8 dəfə artıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, fiberoptik xətlərin çəkilməsi ilə yaxın gələcəkdə internetin sürəti və keyfiyyəti xeyli artacaq.

Lənkəran Telekommunikasiya Qovşağının İT üzrə mütəxəssisi Bəxtiyar Qulamov bildiribki, Lənkəranda ötən il genişzolaqlı internet istifadəçilərinin sayı 8000 olduğu halda, bu il 3000 nəfər artaraq 11000 nəfərə çatıb. Bu da təqribən 20% artım deməkdir. Bəxtiyar Qulamovun sözlərinə görə, telekommunikasiya qovşağının xidmət etdiyi bütün kəndlərdə internetə qoşulmaq üçün imkanlar mövcuddur. Müsahibimiz bununla belə rabitə xətlərində problemlərin olduğunu da inkar etməyib. Həmçinin bildirib ki, bütün regionlarda genişzolaqlı internetin inkişafı çərçivəsində Lənkəranda da fiberoptik xətlərin çəkilişinə başlanıb.Yeni xəttin istifadəsilə mövcud problemlər minimuma endiriləcək, internet xidmətindən daha rahat istifadə etmək mümkün olacaq. Bu məqsədlə rayona müasir texniki avadanlıqlar da gətirilib.

Əlavə edək ki, Lənkəran bölgədə yeganə rayondur ki, demək olar bütün kəndlərində genişzolaqlı internet xidməti mövcuddur.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə