Elastik smartfonlar gəlir Hazır olun!

4 ilə elastik smartfonların payı 200 dəfə artacaq
Elastik smartfonlar gəlir Hazır olun!

2018-ci ilədək elastik korpusa və displeyə malik smartfonlar dünya bazarının 40 faizinə sahib olacaq. Bu barədə "DisplaySearch" analitik şirkətinin hesabatında deyilir. Şirkət analitiklərinin məlumatına görə, 2013-cü ildə bazarda elastik smartfonların payı satılan qurğuların ümumi payının 0,2 faizini təşkil etsə də, 2015-ci ilədək 12 faiz artacaq və 2018-ci ildə 40 faizə çatacaq.

Bu proqnoz "Samsung" şirkətinin aktual hesab etdiyi mobil abunəçi qurğulara tələbatın əsas vektorunun dəyişməsi tendensiyasına yaxındır.

Cənubi Koreyanın elektronika istehsalçısının marketinq analitikləri güman edirlər ki, 2000-ci illərin əvvəlindən indiyədək mövcud olan və smartfon ekranlarının rəng çalarlarına tələbatın artmasında ifadə olunan mobil displeylər bazarının başlıca yeniliyi 2014-cü ildə onların elastikliyinin təmin olunması ilə əvəz olunacaq.

"Samsung" cari ildə elastik ekranlı smartfonlar buraxmağı planlaşdırır. Bu funksionallığa malik qurğunun istehsalı ilə bağlı planlarını digər Cənubi Koreya istehsalçısı – "LG" şirkəti də açıqlayıb, - "Lenta" yazır

Bütün xəbərlər Facebook səhifəmizdə