Samsung şirkəti Tizen əməliyyat sistemi ilə işləyən ilk smartfonunu nümayiş etdirib. Samsung Z aparatı HD təsvir ölçülü 4.8 düymlük Super AMOLED ekran, 2.3 QHs takt tezlikli dördnüvəli prosessor, 2 QB əməli yaddaş və 16 QB daxili yaddaş, barmaq izlərinin skaneri, nəbzölçən, 8 meqapiksellik əsas kamera, microSD slotu və 2600 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. LTE şəbəkəsi dəstəklənir. Qurğunun ölçüsü 138×70×8,5 mm, çəkisi 140 qramdan az təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB