"Microsoft"un ən yeni əməliyyat sistemi "Windows 8"ə Çindən qadağan qərarı gəlib. Çin ötən həftələrdə "Windows XP"i istifadə etməyə davam edəcəyini açıqlayaraq qarışıqlıq yaratmışdı.
Lakin qadağalarıyla məşhur ölkə , rəsmi olaraq keçmiş əməliyyat sistemini dəstəkləməklə kifayətlənməyərək , indi də "Windows 8"in yüklənməsini qadağan edib.
Çinin rəsmi xəbər agentliyi Xinhua , daha sonra etdiyi bir şərhdə qadağanın kompüter təhlükəsizliyini təmin etmək üçün gətirildiyini söyləyib.
Qadağanın ABŞ hökumətinin Çin ordusuna kiber-casusluq səbəbiylə verdiyi cəzalarla əlaqəsi olub-olmadığı bilinmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB