Görmə problemi olmayan normal insanlar üçün günü-gündən müxtəlif növlü telefonlar istehsal edilir. Bu isə dünyada ilk dəfə kor insanlar üçün hazırlanan telefondur. Londonda yerləşən "OneFone" firması bu özəlləşdirilə bilən telefon istehsal etməklə korların da həyatını rahatlaşdırmağı məqsəd seçib. Telefonun üzərinə 3D printerlə hazırlanan xüsusi düymələr qoyulub. Korlar üçün olan xüsusi əlifba ilə əlaqə saxlamaq istədikləri adamın nömrəsini tapa bilərlər. Çox sadə dizayna malik olan bu telefonun qiyməti 60 funt sterlinq olacaq. Firma bunun beynəlxalq aləmdə də satışını təşkil etməyi düşünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB