“Outlook.com” poçt xidmətində yeni funksiyalar

“Outlook.com” poçt xidmətində yeni funksiyalar

"Microsoft" şirkəti "Outlook.com" poçt xidmətini yeniləyib. Həm funksional, həm də dizayn dəyişikliyi həyata keçirilib.

Bildirilir ki, məsələn, "Outlook.com" poçt xidmətində "Undo" ("Geri") düyməsi işə salınmışdır ki, bir kliklə istənilən səhv əməliyyatı ləğv etmək olar.

Həmçinin elektron məktublara cavab vermək üçün yer məlumat mətni ilə birgə səhifədə göstərilməyə başlanıb. Artıq istifadəçilər hər dəfə "cavablamaq" düyməsini sıxmalı olmayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə