“BlackBerry” yeni smartfonunun satışlarına başlayacaq

“BlackBerry” yeni smartfonunun satışlarına başlayacaq

Kanadanın "BlackBerry" şirkəti sensor ekranla təchiz edilmiş ucuz smartfonunu nümayiş etdirib. "BlackBerry Z3 Jakarta Edition" modeli İndoneziya üçün nəzərdə tutulub.

Smartfonun qiyməti təxminən 190 dollar təşkil edəcək. Aparatın qiymətinin aşağı olmasına baxmayaraq, cihazın texniki imkanları yaxşıdır.

Bildirilir ki, cihaz 1,2 qiqabayt-saniyə takt tezlikli iki nüvəli "Qualcomm MSM8230" prosessoru, 960 x 540 piksel təsvir ölçülü 5 düyümlük ekran, 8 qiqabayt daxili yaddaş, 5 meqapiksellik əsas və 1,1 meqapiksellik ön kameralarla təchiz edilib. 2500 milliamper/saat tutumunda akkumulyator batareyasının avtonom iş vaxtı danışıq rejimində 15,5 saat təşkil edir. Aparata "BlackBerry 10.2.1" əməliyyat sistemi quraşdırılıb.

"IDC" analitik firmasının məlumatına görə, İndoneziyanın smartfon bazarında "BlackBerry" şirkətinin payı 36-dan 14 faizədək azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə