Mobil qurğuların köməyi ilə idarə olunan pilotsuz təyyarə

Mobil qurğuların köməyi ilə idarə olunan pilotsuz təyyarə

Fransanın "Parrot" şirkətinin nümayiş etdirdiyi "Bebop" pilotsuz təyyarəsini smartfon və ya planşetin köməyi ilə idarə etmək mümkündür.

Qurğu "balıq gözü" tipli 14 meqapiksellik kamera ilə təchiz edilib. Kamera ilə 180 dərəcə baxış bucağına imkan yaratmaqla yanaşı, 1080p formatında çəkiliş aparmaq mümkündür. "Bebop", həmçinin yeni sabitləşmə sistemi ilə təchiz edilib. Bundan başqa, əvvəlki nəsillərdən fərqli olaraq, yeni model simsiz siqnalın yüksək etibarlığı ilə seçilir.

Daxili GPS modulu pilotsuz təyyarəni bu və ya digər istiqamətdə uçuş üçün proqramlaşdırmağa icazə verir. Çəkilmiş material 8 qiqabayt həcmində olan fləş-daşıyıcıda saxlanılır.

"Bebop" mobil qurğunun köməyi ilə idarə olunur. Bunun üçün "iPhone" və ya "Android" smartfonuna "Freeflight 3.0" tətbiqini quraşdırmaq lazımdır. Müəyyən məbləğ ödəyərək "HDMI" porta malik "Skycontroller" kontrollerini satın almaqla təsviri xarici monitor və ya televizora çıxartmaq olar. "Wi-Fi" siqnalını gücləndirən pultun 4 əlavə antenası qurğunun uçuş uzaqlığını 2 kilometrədək artırmağa imkan verir.

"Parrot" kvadrokopterinin əsas çatışmazlığı akkumulyatorunun az tutumlu (1200 milliamper/saat) olmasıdır. "Bebop" enerji ilə tam doldurulmuş akkumulyatorla havada 12 dəqiqə qalır. Yeni pilotsuz təyyarənin qiyməti hələlik açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə