Yeni mobil ödəniş sistemi istifadəçilərə təqdim ediləcək

Yeni mobil ödəniş sistemi istifadəçilərə təqdim ediləcək

Bu ilin sonunda qlobal məkanda bank sektoru "Paym" adlanan yeni mobil ödəniş sistemini istifadəçilərə təqdim edəcək. Sistem insanlara mobil telefon vasitəsilə bank hesabından pul köçürmələrini həyata keçirməyi asanlaşdıracaq.

Yeni sistemin əsas xüsusiyyəti odur ki, pul köçürmək və ya almaq ucun bir dəfə bank hesabını qeydiyyatdan keçirmək lazımdır.

Mərkəzi Bankın tədqiqatlar və inkişaf mərkəzindən qeyd edilib ki, ödənişlərin aparılması üçün isə istifadəçinin mobil telefon nömrəsini bilmək kifayət edəcək. Hər tranzaksiya üçün müxtəlif kod və hesab nömrələrinə ehtiyac olmasa da, mobil telefonda proqramı açmaq uçun kod yenə də tələb olunacaq.

Qeyd edək ki, sözügedən məsələ "MasterCard" ın sifarişi ilə 56 ölkə və 26 dildə Şimali və Cənubi Amerika, Avropa və Sakit okean hövzəsi regionlarında aparılmış "Mobil ödənişlərin araşdırılması"nın nəticələrinə əsaslanır.

Bütün xəbərlər Facebook səhifəmizdə