Fransada “Ultra HD” təsvir ölçüsündə efir televiziyasının sınaqlarına başlanılır

Fransada “Ultra HD” təsvir ölçüsündə efir televiziyasının sınaqlarına başlanılır

Fransada rəqəmli siqnalın ötürülməsi üçün "DVB-T2" standartından və "HEVC" kodlaşdırma sistemindən istifadə etməklə "Ultra HD" təsvir ölçüsündə efir televiziyasının sınaqlarına start verilib. SİA-nın xəbərinə görə, sınaqlar televiziya verilişlərinin yayımının 2015-ci il ərzində başlanılmasının nəzərdə tutulduğu Paris regionunda keçirilir.

Fransa Audiovizual Şurası (CSA) tərəfindən qəbul edilən yüksək təsvir ölçüsünə malik televiziyanın tətbiqi planına əsasən, 2018-ci ilin sonunda bütün Fransa ərazisi "Ultra HD" yayımla əhatə olunacaq. Bildirilir ki, 2016-cı ildə Alp dağları regionu ölkədə "Ultra HD TV" siqnalını qəbul edəcək ilk zona olacaq.

"DVB-T2" standartından və "HEVC" kodlaşdırma sistemindən birgə istifadə birrəqəmli kanal vasitəsilə 3 ədədədək "UHD" formatlı kanalı ötürməyə imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə