Azərbaycanda mobil operatorların qiyməti aşağı salınacaq

Azərbaycanda mobil operatorların qiyməti aşağı salınacaq

"Mobil operatorların qiymətlərinin ucuzlaşması istiqamətində onlarla yaxından söhbət etdik və bir daha yanvar ayının kollegiyasının qərarları ilə onları tanış etdik. Artıq bu məsələdə gələcəyə çox optimist baxıram. Çünki onlar artıq ucuzlaşdırılmış vahid operatorlararası qiymət üzərində danışıqları bitiriblər". SİA-nın xəbərinə görə, bunu Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bundan sonra mobil operatorların qiymətini aşağı salmaq istiqamətində müəyyən qədər imkanı olacaq: "Bazar qiymətlərinə çox təzyiq də etmək olmaz. Qiymətlərin həddən artıq aşağı düşməsi inkişafa müəyyən qədər təsir edə bilər. Hərhalda qiymətləri aşağı salmaq üçün müəyyən qədər koridor var".

Bütün xəbərlər Facebook səhifəmizdə