“Symantec” şirkəti yeni nəsil antivirus proqramı hazırlamaq niyyətindədir

“Symantec” şirkəti yeni nəsil antivirus proqramı hazırlamaq niyyətindədir

Antivirus proqram təminatı bazarının veteranı "Symantec" şirkəti yeni nəsil şəbəkə təhdidlərinə qarşı müasir təhlükəsizlik tələblərinə cavab verən kompleks mühafizə vasitəsi hazırlamaq niyyətindədir.

Şirkət hazırkı klassik antivirusların təhlükəsizliyinin lazımi səviyyədə olmadığı və kiberhücumların yalnız 45 faizini zərərsizləşdirdiyi qənaətindədir.

Şirkət ancaq yeni mühafizə vasitəsinin hazırlanması ilə məhdudlaşmaq istəmir. "Symantec" öz müştərilərinə "çevik reaksiya qrupu"ndan mütəxəssis xidməti təklif etməyə hazırlaşır. Bu xidmət real vaxt rejimində haker hücumlarının qarşısını ala və oğurlanma təhlükəsi altında olan məlumatları qoruya biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə