“Böyük dəbilqə” turnirində dördüncü qızıl medal qazanıldı

“Böyük dəbilqə” turnirində dördüncü qızıl medal qazanıldı

Cüdo üzrə Azərbaycan komandası “Böyük dəbilqə” turnirində dördüncü qızıl medalını qazanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yarışın son günündə Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) finalda serbiyalı Aleksandr Kukolu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Qeyd edək ki, bundan əvvəl cüdoçularımız Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq) qızıl medal qazanıblar. Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medala sahib olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə