Azərbaycan millisi Xorvatiya yığması ilə yoldaşlıq oyunlarında gücünü sınayacaq
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının noyabrın 7-dən 13-dək Bakıda təlim-məşq toplanışı olacaq. SİA AFFA-nın saytına istinadla xəbər verir ki, komandamız hazırlıq çərçivəsində noyabrın 10-da və 13-də Xorvatiya millisi ilə iki yoldaşlıq oyunu keçirəcək.
“Dalğa Arena”da keçiriləcək hər iki qarşılaşma saat 16:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB