Simeonenin yerinə Luis Enrike?

“Barselona”nın sabiq baş məşqçisi Luis Enrike Madrid “Atletiko”sunu çalışdıra bilər?

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Atletiko” rəhbərliyi artıq baş məşqçinin mümkün təyinatını müzakirə etmək üçün Luis Enrikenin ətrafı ilə əlaqə saxlayıb.

Qeyd edək ki, Enrike DÇ-2022-dən sonra İspaniya millisinin baş məşqçisi postunu tərk edəcək. Heyəti təmizləməyə icazə verilərsə, onun “Atletiko”ya rəhbərlik etməyə razılıq verəcəyi güman edilir.

Onu da bildirək ki, “Atletiko”nun hazırkı məşqçisi Simeonenin Madrid klubu ilə müqaviləsi 2024-cü ilə qədərdir. Onun qovulması ilə bağlı çətinliklər yüksək cəzaya görə yarana bilər - təxminən 14 milyon avro, (... illik məvacib). Klub bu məbləği azaltmaq üçün məşqçi ilə danışıqlar aparmağa cəhd edə bilər. Lakin belə görünür ki, bu, elə də asan olmayacaq.

Xatırladaq ki, ötən gün “Atletiko” Çempionlar Liqası qrupunda sonuncu yeri tutaraq avrokuboklardan kənarlaşdırılıb.

Amma La Liqada klub 12 oyundan sonra 23 xalla 3-cü pillədə qərarlaşıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə