"Beşiktaş" baş məşqçisi Valeryen İsmaellə yollarını ayırır.
SİA Qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 47 yaşlı mütəxəssislə müqaviləyə xitam verərəcək.
Bununla bağlı klubla fransalı məşqçi arasında razılıq əldə olunduğu bildirilib. İsmaelə 450 min avro təzminat ödəniləcəyi qeyd olunub.
Valeryen İsmael bu ilin martından "Beşiktaş"ı çalışdırırdı. Komanda 11 turdan sonra 19 xalla Superliqada 5-cidir. Komanda son 6 oyunun yalnız birində qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB