Güləşçilər İspaniyada keçirilən yarışla bağlı fikirlərini SİA ilə bölüşdü - SORĞU

Güləşçilər İspaniyada keçirilən yarışla bağlı fikirlərini SİA ilə bölüşdü - SORĞU

Azərbaycanın sərbəst güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında final görüşünə çıxıb. İdmançılarımız yarışda qızıl, gümüş, bürünc medallar əldə ediblər. Mövzu ilə əlaqədar olaraq SİA həmin yarışda iştirak edən idmançılar arasında sorğu keçirib.

Yunan-roma güləşçisi Nihat Məmmədli: “Mən yunan roma güləşində 60 kq da gümüş medal qazandım, 1/16 finaldan mübarizəyə başladım. İlk görüşdə Qazağıstan güləşçisinə 5-0 hesabıyla qalib gədim, 1/8 finalda Hindistan güləşçisini 9-0 lıq tam üstünlüklə məğlub etdim, 1/4 finalda Ukrayn idmançısına 4-1 hesabıyla qalib gələrək yarım finala yüksəldim, axşam seansında isə yarım final görüşündə Qırğısıztan idmançısı ilə qarşılaşdım və 3-1 hesabıyla qalib gələrək finala yüksəkdim, yalnız finalda Türkiyə idmançısına məğlub olaraq gümüş medal qazandım. Ümumilikdə yarış çox mübarizəli şəkildə keçidri. Təşkilatçılıq zəif bir şəkildə təşkil olunmuşdur məhz bu səbəbdən biraz narazı qaldıq".

Yunan-roma güləşçisi Nihad Quluzadə: “İspaniyanın Ponteve şəhərində keçirilən yarışlarda (55kq) çəkidə gümüş medal qaznmışam. Yarışın təşkilatçılığı çox zəif şəkildə iid. İdmançıların qarşılanması və yerləşdirilməsi heç yaxşı deyildi. Lakin buna baxmayaraq öz müəllimlərimizin sayəsində ruh düşkünlüüy yaşamadıq və qalibiyyət qazandıq. Yarışda ilk görüşüm gürcü, ikinci görüşüm isə yapon güləşçisi ilə oldu. Finalda isə iranlı idmançı ilə qarşılaşdım. Birinci və ikinci görüşlərdə qalib olsam da, finalda öz səhvlərimə görə məğlub oldum. Ümumi yarışda 2-ci yerə çıxdım. Mənim əsas məqsədim qıızl medal qazanmaq idi. Çox əfsuslar olsun ki, alınmadı. Lakin gələn yarışlarda öz səhvlərimi düzəldərək, qızıl uğrunda mübarizə aparacam. Bizim üzərimizdə çox böyük əməyi olan məşqçilərimizə, müəllimlərimizə dərin minnətdarlığımı bildirirəm".

Yunan-roma güləşçisi Qurban Qurbanov: “Rəqiblərim fransalı, iranlı, estoniyalı və ukraynalı idi. Final zamanı xorvatyalı idmançı ilə mübarizə aparırdım. Yarışda mənimlə birgə çıxış edən idmançıların hər birinin özünəməxsus şəkildə gücü var idi. Məndən nə üstün idilər, nə də aşağı. İranlı idmançı ilə mübarizəm çox çətin keçdi. Sonuncu xal prinsipi ilə qalib gəldim. Yarım final hesabında isə ukraynalı idmançıya 7-2 hesabı ilə qalib gəldim”.

Bütün xəbərlər Facebook səhifəmizdə