Avarçəkmə üzrə "Mingəçevir Reqatası"na yekun vurulub. SİA xəbər verir ki, yarışın son 2 mərhələsi "Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutub. Sonuncu gündə kayak, kanoe və avarçəkmə üzrə daha 8 qalib müəyyənləşib.
Azərbaycan təmsilçiləri yarışı 26 medalla ikinci pillədə başa vurublar. Bunların 5-i qızıl, 10-u gümüş, 11-i isə bürünc medal olub.
Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov, Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli, deputat Elman Nəsirov və digər rəsmi şəxslər təqdim ediblər.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB