"Serbiya və Azərbaycan Avarçəkmə Federasiyaları birlikdə böyük yarış təşkil edəcək" - FEDERASİYA PREZİDENTİ AÇIQLADI
"Bu gün burada olduğumuz üçün çox şadıq". SİA xəbər verir ki, bu sözləri Serbiya Avarçəkmə Federasiyasının Prezidenti Dyuşan Kovaçeviç bildirib.
Federasiya Prezidenti qeyd edib ki, belə beynəlxalq yarışda iştirak etmələrinin əsas səbəbi Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə olan münasibətlərin yaxşı səviyyədə olmasıdır: "Etiraf edim ki, burada bütün infrasturukturların çox mütəşəkkil şəkildə təşkil edilməsi heyrətamizdir. İdmançıların öz potensialını yüksək səviyyədə nümayiş etdirməsi üçün bütün şərait yaradılıb. Avarçəkmə Federasiyası ilə müəyyən danışıqlar apardıq.
Gələcəkdə Serbiya Avarçəkmə Federasiyası ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası birlikdə böyükmiqyaslı yarış həyata keçirdə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB