"Bu yarış Azərbaycanın idman həyatında mühüm hadisədir" - ƏLİ HÜSEYİNLİ
"Bu gün artıq "Mingəçevir reqatası"-nın bağlanış mərasimi keçirilir. Həyata keçirilən bu beynəlxalq yarış Azərbaycanın idman həyatında mühüm bir hadisədir". SİA xəbər verir ki bu sözləri Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli "Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən "Mingəçevir Reqatası" barədə jurnalistlərə açıqlamasında deyib.
Vitse-spiker qeyd edib ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası öz fəaliyyətini çox yüksək səviyyədə həyata keçirdir: "Bu ilin may ayında ulu öndərin ildönümünə həsr olunmuş tədbir də məhz Suqovuşanda təşkil olunmuşdur. Belə tədbirlərin işğaldan azad olunmuş ərazilərimizdə keçirilməsi bütün dünyaya verilən bir mesajdır. Bu ilin mayında ulu öndər Heydər Əliyevin ildönümünə həsr olunmuş yarış ilk dəfə işğaldan azad olunmuş Suqovuşanda keçirildi. Bu, həmin dövrdə sadəcə bir idman hadisəsi deyildi. Həm də tədbirə qatılmış ölkələr, dünya ictimaiyyəti üçün mesaj idi ki, Azərbaycan azad etdiyi torpaqlardan insanlar, sülh, yarışlar üçün necə istifadə edir. "Prezident Kuboku" ilə müqayisədə "Mingəçevir Reqata"sında 10-dan çox ölkə iştirak edir. Dünən bir neçə ölkənin federasiya nümayəndələri ilə görüşdük. Hamısı Azərbaycanı, onun rəhbəri, Ali Baş Komandanı təbrik edirdi. Onlar ölkəmizin əldə etdiyi uğura sevinirdilər. Bir daha həm Mingəçevir, həm də idman ictimaiyyətini təbrik edirəm. Federasiya qısa zamanda böyük uğurlara imza atıb. Əminik ki, bu uğurlar davam edəcək. Bilirsiniz ki, 2023-cü ildə Ulu Öndərin 100 illiyidir. İnanıram ki, bu yarışlar gələn il burada daha yüksək səviyyədə təşkil olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB