"Azərbaycanda böyük yarış təşkil edəcəyik" - FEDERASİYA PREZİDENTİ AÇIQLADI

"Azərbaycanda böyük yarış təşkil edəcəyik" - FEDERASİYA PREZİDENTİ AÇIQLADI

"Azərbaycanda təşkil edilən bu cür yarışda iştirak etdiyimiz üçün çox qürur hissi keçirdirik". SİA xəbər verir ki, bu sözləri Türkiyənin Kanoe Federasiyasının Prezidenti Alper Cavit Kabakçı "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən Avarçəkmə üzrə "Mingəçevir reqatası" beynəlxalq yarışın ikinci günündə qeyd edib.

Federasiya Prezidenti bildirib ki, işğaldan azad edilən torpaqlarda, Suqovuşanda beynəlxalq yarışların keçirilməsi çox gözəl bir hadisədir: "Çünki məhz bu torpaqların geri alınması üçün Azərbaycanın igid əsgərləri çox əziyyət çəkiblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Belə yarışları təşkil etdikləri üçün başda cənab Prezident İlham Əliyevə, Gənclər və İdman naziri Fərid Qayıbova, Avarçəkmə Federasiyasının Prezidenti Vüqar Əhmədova öz minnətdarlığımızı bildiririk. Biz bir millət, iki dövlətik. Bundan sonrakı illərdə Azərbaycanla birlikdə müxtəlif proyektlər həyata keçirəcəyik. Gələn il Ümummilli lider Heydər Əliyevin ildönümü münasibətli ilə Azərbaycanda böyük bir yarış təşkil edəcəyik".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə