"Biz hər zaman olduğu kimi Azərbaycana dəstəyik" - BAŞ KONSUL AÇIQLADI
"Qarabağ Zəfərindən sonra Suqovuşanda artıq ikinci dəfə beynəlxalq yarışın keçirilməsi Azərbaycanın təkcə siyasi və iqtisadi sahələrdə deyil, eyni zamanda da idman sahəsində də nə dərəcədə güclü bir dövlət olduğunu sübut edir". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Avarçəkmə üzrə "Mingəçevir reqatası" beynəlxalq yarışın açılış mərasimində Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk bildirib.
Baş Konsul 2 həftə bundan öncədə Suqovuşanda olduğunu qeyd edib: "Bu gün təşkil olunan yarış çox mütəşəkkil bir şəkildə həyata keçirilir. İdmançıların burada professional şəkildə iştirak etməsi üçün bütün hazırlıqlar görülüb. Biz hər zaman olduğu kimi Azərbaycana dəstəyik. Türkiyə-Azərbaycan qardaşlığı daimidir. Hər bir iştirakçımıza uğurlar arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB