"Qubadlıda və Füzulidə beynəlxalq yarışların keçirilməsi planlaşdırılır" - BAŞ KATİB AÇIQLADI

"Qubadlıda və Füzulidə beynəlxalq yarışların keçirilməsi planlaşdırılır" - BAŞ KATİB AÇIQLADI

"Bu Suqovuşanda keçirdiyimiz ikinci yarışdır". SİA xəbər bu sözləri jurnalistlərə açıqlamasında Suqovuşanda keçirilən "Mingəçevir reqatası" beynəlxalq yarışın açılış mərasimində AKAF-ın baş katibi Fərhad Əliyev bildirib.

Baş katibin sözlərinə görə, ilk keçirilən yarışımızda 5 ölkənin nümayəndəsi iştirak edirdisə, bugünkü beynəlxalq yarışda isə 15 ölkəyə yaxın ölkənin idmançısı bizimlədir: "Biz Füzulidə, Qubadlıda və digər işğaldan azad edilən ərazilərimizdə də yarışlar keçirməyi planlaşdırırıq. Bununla bağlı müəyyən planlar var və həmin ərazilərimizdə su hövzələrinin yaradılması barədə danışıqlar aparılır".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə