"Fəxr edirəm ki, Suqovuşanda bu cür yarışlar keçirilir" - Vətən müharibəsi iştirakçısı
"Biz fəxr edirik ki, bugünkü gün Suqovuşanda, işğaldan azad olunan ərazilərimizdə bu cür beynəxalq yarış təşkil olunub". SİA xəbər verir ki, bu sözləri Vətən müharibəsi iştirakçısı Elxan Qasımov Suqovuşanda keçirilən "Mingəçevir reqatası" yarışının açılış mərasimində qeyd edib.
Vətən müharibəsi iştirakçısı qeyd edib ki, o Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib: "Elə burada da yaralanmışam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bu torpaqlarda öz qardaşlarımızı itirmişik. Ümid edirəm ki, işğaldan azad edilən digər torpaqlarımızda belə yarışlar təşkil edilər".
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB