"Mingəçevir reqatası"nın açılış mərasimi keçirilib - FOTOLAR

"Mingəçevir reqatası"nın açılış mərasimi keçirilib - FOTOLAR

Bu gün Avarçəkmə üzrə "Mingəçevir reqatası"nın açılış mərasimi keçirilib. SİA xəbər verir ki, beynəlxalq yarış işğaldan azad olunmuş ərazimizdə Suqovuşanda baş tutur. Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov, Avarçəkmə Federasiyasının Prezidenti Vüqar Əhmədov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov iştirak edir.

Qeyd edək ki, beynəlaxalq yarışda Azərbaycanla yanaşı Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Turkiyə, Özbəkistan və Ukrayna komandalarıda iştirak edəcək.

Yarış 22-23 oktyabr tarixlərində "Kür" Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə