YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş minifutbol turnirinə start verilib - FOTOLAR

YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş minifutbol turnirinə start verilib - FOTOLAR

Oktyabrın 15-də Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş minifutbol turnirinə start verilib. SİA xəbər verir ki, YAP üzvü və bitərəf gənclər arasında sağlam həyat tərzinin təşviqi və həvəskar minifutbolun təbliği məqsədilə keçirilən turnirdə ümumilikdə 900-ə yaxın gənc iştirak edir.

12 qrupda 72 komandanın mübarizə apardığı turnirin qrup mərhələsinin ilk günündə qalib gələn 36 komanda növbəti mərhələyə vəsiqə qazanıb.

Qrup mərhələsinin ikinci gününün oyunlarından sonra hər qrupun qalib komandası turnirin “play-off” mərhələsinə vəsiqə qazanıb.

Ümumilikdə, “play-off” mərhələsində 12 komanda qarşılaşacaq.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə