"Yarışda qalib olduğum üçün sevincliyəm" - "RED BULL CAR DRİFT"- İN QALİBİ DANIŞDI

"Yarışda qalib olduğum üçün sevincliyəm" -

"Bu cür möhtəşəm yarışı Azəebaycanda təşkil etdikləri üçün Azərbaycan Avtomobil Federasiyasına eyni zamanda da Bakı Şəhər Haqlasına, Azərbaycan Gənclər və İdman Nazirliyinə öz minnətdarlığımı bildirirəm". SİA xəbər verir ki, bu sözləri "Red Bull Car Drift" yarışının qalibi Adil Axundov bildirib.

Yarışın qalibi qeyd edib ki, ölkəmizdə bu idman növünün inkişafı istiqamətində federasita tərəfindən müəyyəb lahiyələr həyata keçirilir: "Ölkəmizdə bu cür dünyaca məşhur yarışların keçirilməsi çox sevindirici bir haldır. Mən "Red Bull Car Drift" yarışının qalibi olduğum üçün çox xoşbəxtəm. Çempionat dekabr ayında Səudiyyə Ərəbistanda təşkil olunacaq. Lakin necə keçirilməsi barədə bir məlumatım yoxdur. Yarış zamanı bizi dəstəkləyən vətəndaşlarımıza da minnətdarlığımı bildirirəm.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə