Dünyaca məşhur bir yarışın keçirilməsi üçün məhz bizim ölkəni seçiblər - NAZİR AÇIQLADI
"Ölkəmizdə gənclər arasında bu tipli yarışlara böyük maraq var. Hazırda yarışa tamaşaçı qismində gələnlərin arasında gənclər üstünlük təşkil edir".
SİA xəbər verir ki, bu sözləri Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycanda ilk dəfə təşkil olunan "Red Bull Car Drift" yarışında qeyd edib.
Nazir bildirib ki, Azərbaycanda "Red Bull Car Drift yarışı" ilk dəfədir keçirilir: "Sevindirici bir haldır ki, dünyaca məşhur bir yarışın keçirilməsi üçün məhz bizim ölkəni seçiblər. Azərbaycanda bu idman növünün inkişafı üçün Avtomobil Federasiyası tərəfindən müəyyən işlər görülür. Həmçinin idmançılarımızın təcrübələrinin artırılması baxımındanda təlimlər keçirilir. Düşünürəm ki, gələcəkdə bizim yerli idmançılarımızda bu idman növü üzrə təkminləşərək çempionatlarda iştirak edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB