Bu yarış ilk dəfə Azərbaycanda təşkil olunub - QURUM RƏSMİSİ AÇIQLADI
"Bu gün Dənizkənarı Bulvar ərazisində Bakı Şəhər Halqası və Azərbaycan Avtomobil Federasiyası tərəfindən "Red Bull Car Park Drift" yarışı keçirilir".
SİA xəbər verir ki, bu sözləri jurnalistlər açıqlamasında Bakı Şəhər Halqasının mətbuat katibi Turan Teymurov bildirib.
Qurum rəsmisi qeyd edib ki, bu yarış ilk dəfədir ki, Azərbaycanda təşkil olunub: "Yarışda ən yaxşı şou göstərən 16 nəfər iştirakçı Milli Final mərhələsinə yüksələcək. Qalib gələn şəxs isə Səudiyyə Ərəbistanda keçirilən yarışda ölkəmizi təmsil edəcək. Bu gün "Red Bull Car Park Drift” yarışının iştirakçıları avqut ayında dünyaşöhrətli Livanlı driftçi, 2012-ci ildə Abu-Dabidə ən uzun drift edərək adını Ginnesin Rekordlar Kitabına yazdıran Abdo Feqalidən master klasslar alıb. O həmçinin 2008-ci ildə Livanda keçirilən ilk “Red Bull Car Park Drift” yarışının da qalibidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB