"Fənərbağça" 180 milyon qazandı

"Fənərbağça" 180 milyon qazandı

UEFA Avropa Liqasının 3-cü həftəsini 7 xalla qrupunda lider tamamlayan “Fənərbağça”nın qazancı 10 milyon avronu (180 milyon TL) keçib. SİA xəbər verir ki, sarı-göylər liqada iştirak haqqı olaraq 3,63 milyon avro aldığı halda, qrupda 2 qələbə və 1 heç-heçə qarşılığında 1,47 milyon avro gəlir əldə ediblər. Əmsal təsnifatında 11-ci olan "Fənərbağça" bu performansla 2 milyon 904 min avro qazanıb.

Çempionlar Liqası ilə pley-off mərhələsində vidalaşan "Trabzonspor" UEFA-nın 5 milyon avroluq həmrəylik mükafatını almağa layiq idi. Avropa Liqasında yoluna davam edən "Bordo-mavilər" 3,63 milyon avroluq iştirak haqqını ciblərinə qoyub. Qrupda cəmi 1 qələbəsi olan "Trabzonspor"un 630 min avroluq performans gəliri var. Əmsal təsnifatında 23-cü yeri ilə 1,32 milyon avroya çatan "Bordo-mavilər" də “Fənərbağça” kimi bazardan təxminən 2,5 milyon avro mükafat alacaq.

UEFA Avropa Konfrans Liqasında mübarizə aparan "Başakşehir" liqada iştirakına görə 2,94 milyon avro, performansına görə 1 milyon 166 min avro və əmsal sıralamasındakı yerə görə 810 min avro (15) qazanıb. Eyni liqada mübarizə aparan “Sivasspor” iştirak haqqı olaraq 2,94 milyon avro, qrupdakı performansına görə 666 min avro, əmsal təsnifatındakı yerə görə isə 534 min avro mükafat qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə