Əziz Yıldırımın xəyal transferi kabusa çevrildi!

Əziz Yıldırımın o vaxt "Fənərbağça"nın heyətinə qatmaq istədiyi Qabiolla bağlı "Flamenqo" klubundan diqqətçəkən açıqlama gəlib. SİA xəbər verir ki, Xorxe Jesusun keçmiş tələbəsi üçün Ali Koç rəhbərliyinin də hərəkətə keçdiyi iddia edilib. "Flamenqo"nun vitse-prezidenti Marko Braz adı "Fənərbağça" ilə hallanan Qabriel Barbosa üçün açıqlama verib. Braz "Fənərbağça"nın Qabiolla maraqlanmadığını bildirsə də, türk klublarının braziliyalı ulduzu alacaq qədər güclü olmadığını bildirib.

Marko Braz açıqlamasında "Qabiolla necə aparacaqlar? Bu zarafatdır? Türklər sərbəst qalma məbləği 35 milyon avro olan futbolçunu ala bilməz" ifadələrindən istifadə etmişdir. Braziliya təmsilçisinin meneceri açıqlamalarına “Əminəm ki, “Fənərbağça” bu qonorarı ödəsə də, Qabriel ora getməyəcək” dedi. Braz əlavə edib ki, Qabiollanın ilk seçimi İspaniya və ya İngiltərə olacaq. Qabiolla əvvəllər “İnter” və “Benfika” formaları ilə Avropa macərasına başlamışdı, lakin işlər onun istədiyi kimi getmədi.

26 yaşlı hücumçu 2019-2020-ci illərdə 17 milyon 500 min avroya "İnter"dən "Flamenqo"ya transfer olunub. Uğurlu ad daha əvvəl "İnter", "Santos" və "Benfika"da da çıxış edib. Qabiolla “Flamenqo”nun heyətində ümumilikdə 178 oyunda 109 qol vurub, 31 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə