Avqustun 6-da kişi voleybolçulardan ibarət Azərbaycan millisi “Avro-2023”ün təsnifat mərhələsində növbəti oyununu keçirib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, millimiz Bakıda Voleybol Mərkəzində Türkiyə yığmasını qəbul edib.
Oyun Türkiyə seçməsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yığmamız “Avro-2023”ün təsnifat oyunlarında A qrupunda mübarizə aparır. Komandamızın rəqibləri Türkiyə və Danimarka milliləridir.
Millimiz növbəti oyununu avqustun 17-də İstanbulda Türkiyə yığmasına qarşı keçirəcək. Voleybolçularımız Bakıda təşkil olunan ilk oyunda Danimarka seçməsinə 1:3 hesabı ilə uduzublar.
Ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə