"Maraqlı oyun oldu. Yaxşı mübarizə və açıq oyun gördük. Futbolçularımı təbrik edirəm, çox əziyyət çəkdilər. Meydanda futbola aid hər şey var idi". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında bildirib.
Baş məşqçi qalib olmaqları münasibətilə bütün idmançılarınl təbrik edib: "Rəqibdən çəkinmədik və onların üzərinə getməyə çalışdıq. Həmişəki kimi bizim fanatlar möhtəşəm idi. Futbolçuların yerində olmaq asan deyil. Hər insan özünü düzgün idarə etmək üçün böyük olmalıdır. Şahruddin Məhəmmədəliyevin qol epizodunda səhv etdiyini deməzdim. Bəlkə təcrübəsinə görə belə alındı. Penalti epizoduna da dəqiq baxmaq lazımdır. Cərimə meydançasında hücumçu həmişə üstündür. Bunlar xırda səhvlərdir, aradan qaldırmaq asandır. Hər oyunçumuza inamım böyükdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB