Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında finala vəsiqə qazanıb. Federasiyanın Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, 18 yaşlı idmançı yarımfinalda 200 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə üçüncü yeri tutub.
Vəlizadə finişə 1 dəqiqə 58,93 saniyəyə çatıb.
Qeyd edək ki, Azərbaycan yarışda 3 üzgüçü ilə təmsil olunur. Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov bu gün mübarizəyə start verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə