"Real Madrid" "Çelsi"dən ayrılan futbolçunu transfer edib

"Real Madrid" "Çelsi"dən ayrılan futbolçunu transfer edib

İngiltərənin "Çelsi" komandasından ayrılan futbolçusu Antonio Rüdiger İspaniya "Real Madrid"inə keçib. SİA-nın "kral klubu"nun rəsmi saytına istinadən məlumatına görə, azad agent statuslu almaniyalı müdafiəçi ilə 4 illik müqavilə bağlanılıb. Onun təqdimatı iyunun 20-də olacaq.

Rüdiger "Real Madrid"in yay transfer dövründə ilk transferi olub. 29 yaşlı oyunçunu almaq istəyən klub 400 milyon avrosundan keçməlidir.

Qeyd edək ki, bu mövsüm Antonio Rüdiger "Çelsi"nin 31 oyununda 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub. "Real Madrid" isə İspaniya La Liqasının və Çempionlar Liqasının qalibi adını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə