Futbol üzrə İngiltərə Premyer Liqasında 30-cu turdan təxirə salınmış bir oyun keçirilib.
SİA Matç.az-a istinadən xəbər verir ki, günün yeganə matçında “Liverpul” doğma meydanda “Mançester Yunayted”lə qarşılaşıb.
Meydan sahibləri bu oyunda darmadağına seviniblər. “Qırmızı şeytanlar” “Enfild” stadionunda təşkil olunmuş qarşılaşmada 4 cavabsız qola üzülüblər.
Bu qələbədən sonra xallarının sayını 76-ya çatdıran “Liverpul” liderliyə yüksəlib. İkinci pilləyə düşən və bir oyun az keçirən “Mançester Siti”nin 74 xalı var. “Mançester Yunayted” isə 54 xalla altıncıdır.
İngiltərə Premyer Liqası
30-cu turun oyunu
19 aprel
Liverpul – Mançester Yunayted 4:0
Qol: L.Dias, 5. Salah, 22; 85. Mane, 68.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB