Rusiyanın basketbol klublarının Avroliqada çıxışına qadağa qoyulub

Rusiyanın basketbol klublarının Avroliqada çıxışına qadağa qoyulub

Basketbol üzrə Avroliqa rəhbərliyi Rusiya klubları – ÇSKA, UNİKS və “Zenit”in turnirdə çıxışına qadağa qoyub.

SİA xəbər verir ki, bu qadağa Avropa kuboku yarışında mübarizə aparan “Lokomotiv” klubuna da şamil olunub.

Turnirin rəhbərləyi Rusiya klublarının müntəzəm çempionatdakı nəticələrini ləğv edib.

Hesabında 23 oyundan 14 qələbə olan “Zenit” turnir cədvəlində beşinci pillədə qərarlaşıb. On dörd qələbəsi və 10 məğlubiyyəti olan ÇSKA altıncı, 13 qələbə və 12 məğlubiyyətlə UNİKS səkkizinci pillədə yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə