Laporta Haalandın transferi üçün çalışacaqlarını açıqladı

Laporta Haalandın transferi üçün çalışacaqlarını açıqladı

"Barselona"nın prezidenti Joan Laporta "Borussiya"dan (Dortmund) Erling Haalandı transfer edib-etməyəcəklərinə dair suallara cavab verib.

SİA xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bu yay 21 yaşlı hücumçunu komandaya qatmağa çalışacaqlarını bildirib:

"Bu gün biz müəyyən işləri görürük, məşğuluq. Ötən gün Obameyanqı almışıq və onu burada gördüyümüz üçün çox şadıq. Haalanda gəldikdə isə, iyun ayında komandamızı gücləndirməyə çalışacağıq. Düzgün yoldayıq".

Bütün xəbərlər Facebook səhifəmizdə