Avropanın ən yaxşı klubları bəlli oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci ildə Avropanın ən yaxşı klublarının siyahısını açıqlayıb.

SİA xəbər verir ki, İngiltərənin “Mançester Siti” klubu qitənin ən yaxşı klubu seçilib. Bu ölkənin digər təmsilçisi “Çelsi” (289) ikinci yeri tutub. Üçüncü sıraya Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunnu layiq görüb

İlk onluqda yer alan bütün klubların siyahısını təqdim edirik:

1. Mançester Siti (İngiltərə) - 300

2. Çelsi (İngiltərə) - 289

3. Dinamo (Zaqreb, Xorvatiya) - 282

4. Bayern (Almaniya) - 271

5. Real (İspaniya) - 262

6. Ayaks (Niderland) - 261

7. PSJ (Fransa) - 249

8. Yuventus (İtaliya) - 242

9. Mançester Yunayted (İngiltərə) - 242

10. Benfika (Portuqaliya) - 241

Bütün xəbərlər Facebook səhifəmizdə