"Qalatasaray" Muslera ilə yolları ayırır

"Qalatasaray" Muslera ilə yolları ayırır

"Qalatasaray" qapıçısı Fernando Muslera ilə yolları ayırmağa qərar verib.

SİA xəbər verir ki, bu barədə "Milliyet" qəzeti məlumat yayıb. Bildirilib ki, uruqvaylı qolkiper tez-tez zədələnməsi səbəbindən klub rəhbərliyi onunla müqaviləni ləğv etmək qərarına gəlib. İstanbul təmsilçisinin artıq yeni qapıçı axtarışlarına başladığı vurğulanıb.

Qeyd edək ki, Musleranın klubu ilə hazırkı müqaviləsi 2024-cü ilin yayı başa çatır. O, 2011-ci ildən "Qalatasaray"da oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə