Hemilton yenə təsnifat qalibi olub

"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton "Formula-1" üzrə Səudiyyə Ərəbistanı Qran Prisinin təsnifatının qalibi olub.

SİA-nın məlumatına görə, təsnifatı ikinci pillədə onun komanda yoldaşı finlandiyalı Valtteri Bottas, üçüncü yerdə isə "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen başa vurublar.

Qeyd edək ki, Formula-1 üzrə Səudiyyə Ərəbistanı Qran Prisinin əsas yarışı dekabrın 5-i Bakı vaxtı ilə saat 21:30-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə