Şahmatçılarımızdan bir qələbə

İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq şahmat turnirində Azərbaycan təmsilçiləri mübarizəni davam etdirirlər.

SİA xəbər verir ki, dördüncü turda şahmatçılarımızdan yalnız Eltac Səfərli qələbə qazanıb. Xalların sayını 3-ə çatdıran təmsilçimiz bu nəticə ilə 8-33-cü yerləri bölüşür.

Digər təmsilçimiz Aydın Süleymanlı dördüncü turu heç-heçə ilə başa vurub, Məhəmməd Muradlı isə rəqibinə uduzub. Hər iki şahmatçımızın aktivində 2,5 xal var.

İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət olan turnir dekabrın 12-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə