Qızlar arasında tamblinq üzrə təsnifat mərhələsinə yekun vurulub

Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarında qızlar arasında tamblinq üzrə təsnifat mərhələsinə yekun vurulub. SİA xəbər verir ki, turnirdə 11-12 yaş kateqoriyasında təsnifat mərhələsində uğurla çıxış edən edən Belçika idmançıları Esmi Van Den Stin, Oliviya Keypers, Sien Stessens, Kato Heymans, rusiyalı Varvara Doroxova, Liya Valieva, İsrail təmsilçisi Sapir Ben Dror və portuqaliyalı İnes Korreyya həlledici mərhələyə vəsiqə qazanıblar.
Noyabrın 28-dək Milli Gimnastika Arenasında davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...