"Qarabağ” qələbəni son anda əldən verdi

"Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb. SİA Matc.az-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Omoniya” ilə qarşılaşıb.

H qrupunda yer alan və ötən tur pley-offa vəsiqəni təmin edən Ağdam klubu Kipr təmsilçisi ilə Bakıda üz-üzə gəlib. Qurban Qurbanovun yetirmələri Tofiq Bəhramov adına stadionda baş tutan bu görüşdə xal itkisi ilə üzləşiblər.

Qrupun digər matçında İsveçrənin “Bazel” komandası səfərdə “Kayrat”ın (Qazaxıstan) qonağı olub və 3:2 hesabıyla qalib gəlib. Bu nəticələrdən sonra “Bazel” liderliyi ələ keçirib. “Qarabağ” isə hazırda ikincidir.

Avropa Konfrans Liqası
H qrupu
25 noyabr

Qarabağ – Omoniya 2:2
Qol: P.Psaltis, 49-öz qapısına. P.Andrade, 88 – M.Duriş, 43-pen. X.Qomes, 90.
Qırmızı vərəqə: Kiko, 65.
Baş hakim: Morten Krox (Danimarka)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina.
Ehtihyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Omoniya: 23. Fransis Uzoho, 2. Paris Psaltis, 5. Kiko, 11. Erik Boteak, 18. Mixal Duriş, 20. Takis Zaxariu, 22. Adam Lanq, 30. Nikolas Panayotu, 76. Xaralambos Xaralampus, 80. Andronikos Kakulli, 83. Andreas Asimenos.
Ehtiyat oyunçular: 74. Kasper Çorazka, 4. Abdullahi Şehu, 8. İyayi Atimvenn, 13. Fotis Papulis, 15. Tomaş Huboçan, 16. Xordi Qomes, 17. Yan Leçkyaks, 21. Marinos Tzionis, 42. Mikkel Diskerud, 44. Marko Şçepoviç, 75. Loyzos Loyzu, 82. Andreas Evangelu.
Baş məşqçi: Henninq Berq.

Xal durumu: Bazel – 11, Qarabağ – 11, Omoniya – 3, Kayrat – 1.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...

Digər layihələrimiz


Tərəfdaşlarımız


VTB