Altı cüdoçumuz tatamiyə çıxacaq

Bu gün Parisdə start götürəcək “Böyük dəbilqə” turnirində 6 cüdoçumuz tatamiyə çıxacaq. SİA xəbər verir ki, yarışda kişilər arasında startda Balabəy Ağayev (60 kq) Jolan Florimont (Fransa), İbrahim Əliyev Xuan Ernandes (Kolumbiya), İsmayıl İbrahimov (hər ikisi 66 kq) Robin Korrado (Fransa), Telman Vəliyev David Lima (Braziliya), Hidayət Heydərov (hər ikisi 73 kq) Enzo Gibelli (Fransa) ilə mübarizə aparacaqlar.
Qadınların yarışında isə ilk mərhələdə İçinxorloo Münxtsedevin (57 kq) rəqibi Seija Ballhouse (Almaniya) olacaq.

Oktyabrın 17-dək davam edəcək turnirdə 46 ölkədən 283 cüdoçu iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə