Beşiktaşda mövsüm sonu müqaviləsi başa çatacaq olan məşhur futbolçu Cyle Larin ilə yeni bir razılaşma üçün ortaq zəmin axtarılır. Bir müddətdir ki, Larin menecerinin maaş artımı tələb etdiyinə inandırmağa çalışırdı, amma ilk görüş heç bir nəticə verməyib. SİA xarici mətbuata istinadən bildirir ki, Larin ilə Beşiktaş arasındakı yeni müqavilə danışıqlarında ilk görüş ürəkaçan olmayıb. Tərəflər arasında 700 min avroluq əmək haqqı fərqi aşılmayıb. Beşiktaş hazırki məvacibi 1,6 milyon avro olan oyunçusuna 1,8 milyon avro təklif edib, kanadalı futbolçunun meneceri isə 2,5 milyon avroda təkid edib. Cyle Larinin meneceri Nik Mavromaras "Larin buranı sevir və qalmaq istəyir. Rəhbərlik digər dostlarının maaşına əsaslanaraq artım etsə, problem olmayacağını düşünürəm" deyib. Beşiktaşda isə maliyyə məsələlərində ciddi idarəçilik hökm sürür və hər qəpik diqqətlə xərclənir.
Abutel İsmayıllı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB