"Sabah"dan yeni transfer

Yeni mövsümə hazırlaşan "Sabah" heyətini əcnəbi futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən əldə etdiyi məlumata görə, Masazır təmsilçisi Spiro Periçiçi heyətinə qatıb. Xorvatiyalı mərkəz müdafiəçisi son iki mövsümü Sloveniya "Maribor"unda keçirib. O, bu klubun heyətində meydana çıxdığı 48 görüşdə 3 dəfə fərqlənməyi bacarıb. 28 yaşlı oyunçu "Maribor"dan başqa Sloveniyanın "Mura" komandasının da şərəfini qoruyub.

"Hayduk" yetirməsi olan Spiro karyerasının böyük hissəsini ölkəsinin klublarında keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə