İtaliya yığmasının futbolçusu Korko Çellinin karyerasını hansı klubda davam etdirəcəyi hələ də bəlli deyil. SİA xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı futbolçunun “Yuventus”la müqaviləsi iyunun 30-da başa çatıb. Müdafiəçinin agenti İtaliya mətbuatına bildirib ki, “Yuventus”dan cavab gözləyirlər: “Müqaviləni bağlamaq üçün iki tərəf olmalıdır. Çempionat başa çatan kimi Çellini yığmanın düşərgəsinə yollandı. Hesab edirəm ki, “Yuventus”la bağlı problem olmayacaq. Biz razılaşmışdıq ki, yayın ortalarında görüşək. Amma hələ ki, danışıqlar stolu arxasında oturmamışıq? Başqa klublardan təklif olsa qərarımız necə olacaq? Bunun üçün təklif olmalıdır axı. Bu günə qədər belə təklif almamışıq. “Yuventus”un bizimlə danışıqların vaxtını müəyyənləşdirməsini gözləyirik. O, uzun müddət “Yuventus”un simvolu olub. Biz klubdan cavab gözləyirik. Onu da deyim ki, Çellini İtaliya yığmasında azad agent olan yeganə futbolçudur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB