Fransa, Almaniya və Portuqaliya AVRO-2020-nin 1/8 final mərhələsində

Avro-2020-də qrup mərhələsinə yekun vurulub.

SİA xəbər verir ki, F qrupunda keçirilmiş oyunlardan sonra bütün 1/8 final cütləri müəyyənləşib.

“Ölüm qrupu” sayılan F qrupunda Almaniya Münhendə Macarıstanla qarşılaşıb. Bundestim bu görüşdə 2:2-lik heç-heçəyə nail olub.

Turun mərkəzi matçında isə Avropa çempionatının son finalçıları qarşılaşıb. Portuqaliya Avro-2020-nin finalında məğlub etdiyi Fransa ilə bu dəfə heç-heçə edib - 2:2.

Beləliklə, Fransa, Almaniya və Portuqaliya milliləri 1/8 finala yüksəliblər.

23 iyun

Avro-2020

3-cü tur

F qrupu

23:00. Almaniya - Macarıstan - 2:2
Qol: Szalay, 11 (0:1), Havertz, 66 (1:1), Şafer, 68 (1:2), Qoretska, 83 (2:2)
Baş hakim: Sergey Karasyov (Rusiya)
Münhen. “Allyans Arena”

23:00. Portuqaliya – Fransa - 2:2
Qol: Ronaldo, 31-pen. (1:0), Benzema, 45+2-pen. (1:1), 47 (1:2), Ronaldo, 60-pen. (2:2)
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
Budapeşt. “Puşkaş Arena”

1

Fransa

3

1

2

0

4

3

5

2

Almaniya

3

1

1

1

6

5

4

3

Portuqaliya

3

1

1

1

7

6

4

4

Macarıstan

3

0

2

1

3

6

2

Bütün xəbərlər Facebook səhifəmizdə